Səhiyyə Nazirliyi Sumqayıtda Doğum Evində ananın mikroba yoluxdurulması məsələsinə münasibət bildirib

Səhiyyə Nazirliyi Sumqayıtda Doğum Evində ananın mikroba yoluxdurulması məsələsinə münasibət bildirib Nazirlik: “Həmin qadın göstərişə uyğun olaraq qeysəriyyə əməliyyatı olunub”
Sağlamlıq
11 Oktyabr , 2016 14:43
Səhiyyə Nazirliyi Sumqayıtda Doğum Evində ananın mikroba yoluxdurulması məsələsinə münasibət bildirib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi vətəndaş Fərqan Əliyevin həyat yoldaşının Sumqayıt şəhər 1 saylı Doğum Evində həkim səhlankarlığı nəticəsində mikroba yoluxdurulması haqqında məlumatlara münasibət bildirib.

Nazirlikdən “Report”a bildirilib ki, həmin qadın göstərişə uyğun olaraq qeysəriyyə əməliyyatı olunub. 

Məlumata görə, döl böyük olduğundan həkimlər bu addımı atıblar: "Həmin qadın evə çıxmaqla bağlı israr etdiyindən ərizə yazaraq evə buraxılıb. Hazırda ana akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında müalicə olunur və səhhəti normaldır. Əməliyyat zamanı anaya mikrob düşməsi ilə bağlı deyilən fikirlər əsassız və yalandır, çünki bu fakt sübut olunmalıdır".

Xatırladaq ki, vətəndaş Fərqan Əliyev bildirib ki, Sumqayıt şəhər 1 saylı Doğum Evində həkimlərin səhlankarlığı nəticəsində həyat yoldaşı ağır vəziyyətə düşüb və həyatına təhlükə yaranıb. Belə ki, o, həyat yoldaşını Sumqayıt şəhər 1 saylı doğum evinə yerləşdirib. Normal doğuş üçün qəbul olunan xəstəni həkimlər onun doğuş edə bilmədiyini əsas gətirərək keysəriyyə yolu ilə əməliyyat ediblər. Yeni dünyaya gələn övladının mikroblu olduğunu bildirərək uşağa ağır antibiotiklər təyin ediblər. Hər hansı hərarəti olmayan və normal qidalanan uşağı müalicə adı ilə 5 gün xəstəxanada saxladıqdan sonra məlum olub ki, ananın da vəziyyəti yaxşı deyil. Doğuşdan sonra bunun normal olduğunu və qan itirdiyini bildirərək anaya 3 dəfə qan köçürülüb və antibiotiklər təyin edilib. Səbəb olaraq isə əməliyyat sonrası bunun normal olduğu bildirilib. 8 gündən sonra evə buraxılan ananın vəziyyəti kəskinləşib. Xəstəxanada müayinə edilən ananın əməliyyat zamanı mikroba yoluxduğu məlum olub. 

Son xəbərlər

Orphus sistemi