Səhiyyə Nazirliyi Şirvandakı Telemexanika Zavodunda baş verən partlayışla bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Şirvandakı Telemexanika Zavodunda baş verən partlayışla bağlı məlumat yayıb Xəstəxanaya yerləşdirilən 19 nəfərdən 13-ü evə buraxılıb
Sağlamlıq
6 İyul , 2015 15:43
Səhiyyə Nazirliyi Şirvandakı Telemexanika Zavodunda baş verən partlayışla bağlı məlumat yayıb

Bakı. 6 iyul. REPORT.AZ/ Səhiyyə Nazirliyi bu gün Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda baş verən partlayışla bağlı məlumat yayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, hadisə yerinə  Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin ümumilikdə 8 təcili-tibbi yardım briqadası cəlb olunub.

Nazirlikdən bildirilib ki, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkən vətəndaşlara lazımi tibbi yardım göstərilir.

Daxil olan 19 nəfərdən 13-nə ambulator yardım göstərilərək evlərinə buraxılıblar. Hadisə ilə əlaqədar Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimatoloq briqadası ezam olunub. 

Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır.

Son xəbərlər

Orphus sistemi