Səhiyyə Nazirliyi qan nümunələrinin laboratoriyalara çatdırılması üçün 10 avtomobil alacaq

Səhiyyə Nazirliyi qan nümunələrinin laboratoriyalara çatdırılması üçün 10 avtomobil alacaq Yeni avtomobillər B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna veriləcək
Sağlamlıq
10 Fevral , 2015 16:55
Səhiyyə Nazirliyi qan nümunələrinin laboratoriyalara çatdırılması üçün 10 avtomobil alacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu 10 ədəd avtomobillə təmin ediləcək. 

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanan "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Məlumata görə, instituta yeni avtomobillər qan nümunələrinin müvafiq laboratoriyalara çatdırılması üçün veriləcək. İnstitut avtomobillərlə 2015-ci il ərzində Səhiyyə Nazirliyi tərəfindən təmin olunacaq.

Həmçinin cari il üçün Respublika Talassemiya Mərkəzi və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda, 2018-2019-cu illərdə isə Mərkəzi Qan Bankının rayon bölmələrində talassemiyanın kapillyar elektroforez üsulu ilə müayinəsi təşkil ediləcək. 

Son xəbərlər

Orphus sistemi