Səhiyyə Nazirliyi özəl klinika həkimlərinə xəbərdarlıq edib

Səhiyyə Nazirliyi özəl klinika həkimlərinə xəbərdarlıq edib "Hər hansı bir firmaya məxsus dərman vasitələrinin xəstələrə təyin edilməsi qeyri-qanunidir"
Sağlamlıq
6 Yanvar , 2015 17:41
Səhiyyə Nazirliyi özəl klinika həkimlərinə xəbərdarlıq edib

Bakı. 6 yanvar. REPORT.AZ/ "Həm özəl, həm də dövlət müalicə-profilaktika müəssisələrində çalışan həkimlər xəstələrə respublikada dövlət qeydiyyatından keçən dərman vasitələrini təyin etməlidirlər. Ona görə də dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin ölkəyə idxalı və istifadəsi qanunvericiliklə qadağandır". Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova özəl klinika həkimlərinin firmalarla əməkdaşlıq edərək müxtəlif dərmanları satmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün Səhiyyə Nazirliyi digər dövlət orqanları ilə birgə müvafiq işlər görür: "Ümumiyyətlə, həkimin müəyyən stimullar müqabilində hər hansı bir firmaya məxsus dərman vasitələrini xəstələrə təyin etməsi qeyri-qanunidir. Bunun qarşısını almaq üçün bir neçə ildir nazirlik tərəfindən əczaçılıq şirkətləri nümayəndələrinin iş vaxtı müddətində müalicə-profilaktika müəssisələrinə girişi qadağan edilib".

Son xəbərlər

Orphus sistemi