Bakı. 10 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyi jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məsələyə münasibət bildirib. Nazirlikdən "Report"a verilən xəbərə görə, jurnalistin ölüm səbəbləri qurumun Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin mütəxəssisləri tərəfindən araşdırılır.
Yekun məlumat müayinənin nəticələrindən sonra müəyyənləşəcək.