Səhiyyə Nazirliyi Binəqədidəki yanğında xəsarət alanların son durumunu açıqlayıb

Səhiyyə Nazirliyi Binəqədidəki yanğında xəsarət alanların son durumunu açıqlayıb Onlar ixtisaslaşmış mütəxəssislərin tam nəzarəti altındadırlar və heç bir həyati təhlükələri yoxdur
Sağlamlıq
25 May , 2015 17:06
Səhiyyə Nazirliyi Binəqədidəki yanğında xəsarət alanların son durumunu açıqlayıb

Bakı. 25 may. REPORT.AZ/ Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda baş verən yanğında xəsarət alan vətəndaşların səhhəti ilə bağlı məlumat yayıb. 

Nazirlikdən "Report"a verilən xəbərə görə, yanğında xəsarət alan şəxslərdən 10 nəfəri hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicələrini davam etdirirlər.

Onlardan 3-ü azyaşlı, 6-sı qadın və bir nəfəri kişidir: "Müalicə olunanların hər biri Səhiyyə Nazirliyinin rəhbərliyinin daim nəzarəti altındadırlar. Xəsarət alanları nazirliyin səlahiyyətli şəxsləri vaxtaşırı ziyarət edir, onların səhhəti, müalicənin gedişatı ilə şəxsən yaxından tanış olurlar. Onlar ixtisaslaşmış mütəxəssislərin tam nəzarəti altındadırlar və heç bir həyati təhlükələri yoxdur".

Son xəbərlər

Orphus sistemi