Səhiyyə Nazirliyi Bakıdakı məşhur hoteldə baş verən ölüm hadisəsi ilə bağlı açıqlama yayıb

Səhiyyə Nazirliyi Bakıdakı məşhur hoteldə baş verən ölüm hadisəsi ilə bağlı açıqlama yayıb "Təcili Yardım hadisə yerinə nəzərdə tutulmuş vaxtdan da tez çatıb"
Sağlamlıq
24 Avqust , 2015 11:01
Səhiyyə Nazirliyi Bakıdakı məşhur hoteldə baş verən ölüm hadisəsi ilə bağlı açıqlama yayıb

Bakı. 24 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyi Bakıda yerləşən "Baku Boulevard hotel"də baş verən ölüm hadisəsi ilə əlaqədar rəsmi açıqlama yayıb. Nazirlikdən "Report"a verilən məlumata görə, hoteldəki hadisə ilə bağlı müraciət Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə 22:06-da daxil olub: "22:25-də Təcili yardım briqadası hadisə yerində olub. Orta normativlərə görə, Təcili Yardım Xidmətinin yetişmə vaxtı 20 dəqiqə nəzərdə tutulur. Yəni briqada hadisə yerinə nəzərdə tutulmuş vaxtdan da tez çatıb".

Son xəbərlər

Orphus sistemi