Səhiyyə Nazirliyi: "Azərbaycanda vərəmlə xəstələnmə səviyyəsi azalıb"

Səhiyyə Nazirliyi: "Azərbaycanda vərəmlə xəstələnmə səviyyəsi azalıb" "Ölkədə vərəmli xəstələr dövlət hesabına tam pulsuz müalicə alırlar"
Sağlamlıq
2 Noyabr , 2015 14:06
Səhiyyə Nazirliyi: Azərbaycanda vərəmlə xəstələnmə səviyyəsi azalıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanda vərəmlə xəstələnmə səviyyəsi azalıb. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Еlmi Тədqiqat Аğ Ciyər Хəstəlikləri İnstitutunun nəzdində Milli Vərəm Proqramı Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz Beynəlxalq Qırmızı Xaç Komitəsi, ÜST, Abt Associaties, USAID ilə əməkdaşlıq çərçivəsində çalışır. "Ölkədə həyata keçirilən profilaktik tədbirlər nəticəsində, son statistik məlumatlara əsasən, son illərdə ölkədə vərəmlə xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin əhəmiyyətli dərəcədə azalması tendensiyası müşahidə olunur"-mətbuat xidmətindən bildirilib.

Həmçinin bildirilib ki, ölkədə vərəmli xəstələr dövlət hesabına tam pulsuz müalicə alırlar: "Vərəmli xəstələrin dərmanla təchizatını 2010-cu ildən dövlət öz üzərinə götürüb. 2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin də müalicəsi üçün lazım olan dərman preparatlarını da dövlət təchiz edir.

Vərəm əleyhinə xidməti paytaxtda və respublikanın bütün rayonlarında yerləşən 68 ixtisaslaşdırılmış müəssisə həyata keçirir. Hazırda 1 institut, 7 dispanser, 18 xəstəxana, 11 vərəm əleyhinə şöbə, 31 vərəm əleyhinə kabinet fəaliyyət göstərir".

Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9.000.000-dan artıq insan bu xəstəliklə xəstələnir və 1.800.000 insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.

Son xəbərlər

Orphus sistemi