Bakı. 8 iyul. REPORT.AZ/
Qida zəhərlənmələri hadisələrində bu ilin 6 ayı ərzində 418 nəfər, keçən ilin müvafiq dövründə isə 577 nəfər zərərçəkən qeydə alınıb və 27,7% azalma müşahidə olunub.
Eyni zamanda, cari ilin keçən 6 ayı ərzində ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizm ilə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar olub, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.