Səhiyyə nazirinin müavini ana və uşaq ölümlərinə münasibət bildirib

Səhiyyə nazirinin müavini ana və uşaq ölümlərinə münasibət bildirib "Ana və uşaq ölümlərinin qarşısının alınması daim Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir"
Sağlamlıq
8 Sentyabr , 2016 13:53
Səhiyyə nazirinin müavini ana və uşaq ölümlərinə münasibət bildirib

Bakı. 8 sentyabr. REPORT.AZ/ "Azərbaycanda ana və uşaq ölümlərinin qarşısının alınması daim Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, nazirlik hər zaman bu kimi halların qarşısının lazımi səviyyədə alınmasına çalışır: "Bu kimi halların aradan qaldırılması üçün ilk növbədə maddi-texniki bazanın yaxşılaşdırılması, tibb müəssisələrinin müasirləşdirilməsi, kadr hazırlığının təminatını yaxşı etməkdir və bu istiqamətdə davamlı işlər görülür". 

Son xəbərlər

Orphus sistemi