Səhiyyə naziri vətəndaşları qəbul edəcək

Səhiyyə naziri vətəndaşları qəbul edəcək Görüşdə Ucar, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər
Sağlamlıq
5 Yanvar , 2016 13:17
Səhiyyə naziri vətəndaşları qəbul edəcək

Bakı. 5 yanvar. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Ucarda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbul yanvarın 6-da saat 14.00-da olacaq. Ucar Rayon Mərkəzi Xəstəxanasında baş tutacaq görüşdə Ucar, Göyçay, Ağdaş, Ağsu və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Ucar Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi