Səhiyyə naziri İsmayıllıda vətəndaşları qəbul edib

Səhiyyə naziri İsmayıllıda vətəndaşları qəbul edib Qəbul zamanı vətəndaşların müalicə, işlə təminat, sosial xarakterli müraciətləri üstünlük təşkil edib
Sağlamlıq
19 İyun , 2015 15:29
Səhiyyə naziri İsmayıllıda vətəndaşları qəbul edib

Bakı. 19 iyun. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev bu gün İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edib. Nazirlikdən "Report"a verilən xəbərə görə, nazir İsmayıllı, Qəbələ, Göyçay, Şamaxı, Ağdaş rayon sakinlərini qəbul edərək onların xahiş, minnətdarlıq, sağlıq və kadr məsələlərinə dair müraciətlərini dinləyib.

Qəbul zamanı vətəndaşların müalicə, işlə təminat, sosial xarakterli müraciətləri üstünlük təşkil edib.

Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırmaq üçün qeydiyyata alınıb.

Ümumilikdə 30 nəfər qəbul olunub və hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin birbaşa həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi