Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Səhiyyə Nazirliyinin Cəlilabad rayonunda regional kollegiyası baş tutub. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçən kollegiyada 12 mərkəzi rayon xəstəxanalarının baş həkimləri və Gigiyena-Epidemiologiya mərkəzlərinin rəhbərləri iştirak edib.
Kollegiya toplantısında cənub bölgələrində əhalinin tibbi xidmətdən razılıq səviyyəsi, dərman təchizatının yaxşılaşdırılması və bu istiqamətdə görülən işlər, bölgədə sanitar-gigiyenik normalara riayət və bu kimi məsələlər müzakirə olunub.