Bakı. 18 may. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev bu gün Astara Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, nazir Astara, Lerik, Lənkaran, Yardımlı, Masallı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Nazir sakinlərin müraciətlərini, şikayət, təklif və fikirlərini dinləyəcək və lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Astara Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.