Salyanda Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı kəskin artıb

Salyanda Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı kəskin artıb Gün ərzində müraciət edən xəstələrin sayı 35-ə çatıb
Sağlamlıq
27 Yanvar , 2016 13:41
Salyanda Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı kəskin artıb

Bakı. 27 yanvar. REPORT. AZ / Son günlər havaların qeyri-sabit keçməsi ilə əlaqədar olaraq, Salyan Rayon Təcili Yardım Stansiyasına müraciət edənlərin sayı artıb. Bunu "Report"a Təcili yardım stansiyasının həkimi İlqar Orucov bildirib. 

Həkim qeyd edib ki, havaların kəskin soyuması ilə əlaqədar təcili yardım stansiyası gücləndirilmiş iş rejiminə keçib: "Əgər adi vaxtlarda gün ərzində təcili yardıma 15-20 nəfər müraciət edirdisə, hava şəraiti ilə əlaqədar olaraq gün ərzində müraciət edən xəstələrin sayı 35-ə çatıb. Təcili yardıma soyuqdəymə, temperaturun yüksəlməsi, baş ağrıları, zökəm kimi xəstəliklərlə bağlı müraciət edənlər daha çoxdur".

Qeyd edək ki, təkcə son bir həftə ərzində təcili yardım stansiyasına 250-yə yaxın insan müraciət edib. 

Son xəbərlər

Orphus sistemi