Sabir Əliyev: "Ginekoloqlar tibbi göstərişlər olmadan qeysəriyyə əməliyyatı etməkdən çəkinməlidirlər"

Sabir Əliyev: "Ginekoloqlar tibbi göstərişlər olmadan qeysəriyyə əməliyyatı etməkdən çəkinməlidirlər" "Ginekoloqların yüksək peşəkarlıq və hazırlıq səviyyəsinə malik olması vacibdir"
Sağlamlıq
18 Fevral , 2016 20:42
Sabir Əliyev: Ginekoloqlar tibbi göstərişlər olmadan qeysəriyyə əməliyyatı etməkdən çəkinməlidirlər

Bakı. 18 fevral. REPORT.AZ/ "Azərbaycanda ana və uşaq sağlamlığı ilə bağlı müəyyən problemlər mövcuddur. Belə halların inkişafına əvvəlcədən yol verilməməsi və aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Ginekoloqlar tibbi göstərişlər olmadan qeysəriyyə əməliyyatı etməkdən çəkinməli, təbii doğuşa üstünlük verməlidir". "Report"un məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektor əvəzi professor Sabir Əliyev Tədris Cərrahiyyə Klinikasında hamiləlik və doğuş zamanı yaşanacaq problem və mümkün fəsadların aradan qaldırılmasına həsr olunan toplantıda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illər doğuşların böyük hissəsi qeysəriyyə əməliyyatı ilə aparılır: "Halbuki təbii doğuşla dünyaya gələn uşaqlar arasında xəstəliklər də az olur. Şəxsən mən belə əməliyyatın əleyhinəyəm. Həkim yalnız tibbi göstəriş olanda məcburən bu üsulu seçə bilər. Bu da yalnız 10-15 faiz hallarda ola bilər. Mama-ginekoloqlar bu məsələyə diqqət yetirməlidir".

S.Əliyev qeyd edib ki, ginekoloqların yüksək peşəkarlıq və hazırlıq səviyyəsinə malik olması vacibdir: "Doğuşun müsbət nəticələnməsi üçün xəstələrin analizlərinin dəqiq müəyyənləşdirilməsi, doğum tarixlərinin düzgün tərtib edilməsinə nail olmaq lazımdır. Ana və uşaq sağlamlığı üçün xəstələrə peşəkar yanaşma önəmlidir". 

Son xəbərlər

Orphus sistemi