​Rusiyanın baş onkoloquna Azərbaycan Tibb Universitetinin “fəxri doktoru” adı verilib

​Rusiyanın baş onkoloquna Azərbaycan Tibb Universitetinin “fəxri doktoru” adı verilib Davıdov rəhbərlik etdiyi mərkəzdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin MDB məkanında və dünyada məşhur mütəxəssislər olduğunu deyib
Sağlamlıq
28 Oktyabr , 2014 15:43
​Rusiyanın baş onkoloquna Azərbaycan Tibb Universitetinin “fəxri doktoru” adı verilib
Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, N.N.Bloxin adına Rusiya Elmi-Tədqiqat Onkoloji Mərkəzinin direktoru Mixail İvanoviç Davıdovla görüş keçirilib. Bu barədə “Report”a ATU-nun mətbuat xidmətindən bildirilib.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov M.Davıdovun azərbaycanlı mütəxəssislərin yetişdirilməsində də böyük əməyi olduğunu xüsusilə vurğulayıb.

Daha sonra akademik Əhliman Əmiraslanov rusiyalı həmkarına Azərbaycan Tibb Universitetinin “Fəxri doktoru” diplomunu təqdim edib.

Bu yüksək ada layiq görüldüyünə görə ATU-nun rəhbərliyinə minnətdarlığını bildirən M.Davıdov rəhbərlik etdiyi mərkəzdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin təkcə Rusiyada deyil, MDB məkanında və dünyada məşhur mütəxəssislər olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi