Bakı. 27 avqust. REPORT.AZ/ "Son vaxtlar Bakıdan və eyni zamanda respublikanın ayrı-ayrı rayonlarının ərazisindən götürdüyümüz içməli su nümunələrində apardığımız tədqiqatlar nəticəsində standartdan kənar faktlar aşkarlanmayıb". Bunu "Report"a açıqlamasında
Onun sözlərinə görə, suda bakterioloji çirklənmə olmasa da, bulanıqlıq problemi olur: "Götürdüyümüz sularda bulanıqlıq problemini aşkarlayırıq. Problem su idarələrinin təmir işləri apardıqları zaman həmin əraziyə sahə həkimlərini cəlb etməmələri səbəbindən yaranır. Təmir-təftiş işlərindən sonra təkrar su verilərkən həmin ərazidən su nümunəsi götürülüb müayinə olunmalıdır. Bu proses yerinə yetirilmədiyindən, baş vermiş qəzalar aradan qaldırıldıqdan sonra su birbaşa mənzillərə buraxılır. Bu zaman da suda bulanıqlıq yaranır".