Baş həkim: "Regionlarda ginekoloji cərrahiyyə əməliyyatlarının sayı üç dəfə artıb"

Baş həkim: "Regionlarda ginekoloji cərrahiyyə əməliyyatlarının sayı üç dəfə artıb" Mirələm Cəlalov: “Keçən illə müqayisədə bu il çağırışların sayında 10 faiz azalma qeydə alınıb"
Sağlamlıq
19 Oktyabr , 2016 12:15
Baş həkim: Regionlarda ginekoloji cərrahiyyə əməliyyatlarının sayı üç dəfə artıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Regionlarda ginekoloji cərrahiyyə əməliyyatlarının sayı üç dəfə artıb". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib.

Onun sözlərinə görə, keçən il regionlarda 2, bu il isə 6 ginekoloji cərrahiyyə əməliyyatı həyata keçirilib: "Əməliyyatların əksəriyyəti qeysəriyyə, uşaqlıq amputasiyası və qanaxma ilə bağlı relaparatomiya olub. Bundan başqa, regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı azalır. Belə ki, bu ilin aprel-sentyabr aylarında keçən illə müqayisədə 39 faiz azalma olub".

"Respublika baza tibb müəssisələri üzrə çağırışlara gəlincə, Bərdə doğum evində bu ilin müvafiq dövründə baxılan 8 xəstəyə 3 cərrahiyyə əməliyyatı və 1 daşınma, Gəncə Perinatal Mərkəzində 9 xəstəyə 3 daşınma, Lənkəran Perinatal Mərkəzində 4 xəstəyə 1 daşınma, Quba Perinatal Mərkəzində 5 xəstəyə 1 cərrahiyyə əməliyyatı və 1 köçürülmə, Şəki Perinatal Mərkəzində 14 xəstəyə 7 köçürülmə, Şirvan doğum evində isə 5 xəstəyə 1 cərrahiyyə əməliyyatı həyata keçirilib. Bakı şəhəri üzrə isə ən çox yerləşdirilən xəstələr Respublika Perinatal Mərkəzi və Respublika Kliniki Xəstəxanasında olublar", - deyə baş həkim qeyd edib.

M.Cəlalov bildirib ki, bu il aprelin 1-dən sentyabrın sonuna qədər stansiyanın konsultativ bölməsinin doğuşayardım sahəsi ilə bağlı fəaliyyətində müsbət nəticələr əldə olunub: "Belə ki, konsultativ xidmətin mütəxəssisləri 46 pasiyentə xidmət göstərib. Keçən ilin müvafiq dövründə bu rəqəm 55 olub, bu da pasiyentlərin sayında 17 faiz azalma deməkdir. Ölkənin rayon və şəhər xəstəxanalarına bu il 79, keçən il isə 88 dəfə müxtəlif profilli məsləhətçi həkimlər göndərilib. Keçən illə müqayisədə bu il çağırışların sayında 10 faiz azalma qeydə alınıb".

Son xəbərlər

Orphus sistemi