Qətərin Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetindən yardım istəyib

Qətərin Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetindən yardım istəyib Səhiyyə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
Sağlamlıq
11 Sentyabr , 2014 15:49
Qətərin Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetindən yardım istəyib
  • Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Tibb Universiteti Qətərin Səhiyyə Nazirliyi ilə əməkdaşlığa başlayır. Universitetdən Report-a verilən məlumatına görə, Azərbaycanda səfərdə olan Qətərin Səhiyyə Nazirliyinin nümayəndə heyəti  bu gün Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanovla görüş keçirib.
  • Görüş zamanı akademik Ə.Əmiraslanov qonaqlara ATU-nun fəaliyyəti, klinikaları, təhsil pillələri və s. haqqında geniş məlumat verdi.
  • Qətər dövlətinin Səhiyyə Nazirliyinin təmsilçiləri də ölkələrində tibb təhsilinin səviyyəsi haqqında məlumat veriblər. Nazir mavini Faleh Mohamed Hussain Ali bildirib ki, Qətərdə ali tibb təhsili verən müəssisə yoxdur: “Qətərdə yalnız tibb kolleci var. Biz bu sahədə ayrıca universitet yaratmaq istəyirik və bu məsələdə sizin məsləhətinizə ehtiyacımız var”.
  • ATU rektoru bu məsələdə Qətər tərəfinə yardımçı olacaqlarını bildirib. Gələcəkdə ATU və Qətərin Səhiyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq üçün müqavilənin imzalanacağına dair ilkin razılıq da əldə olunub.
  • Səfər çərçivəsində Qətərin Səhiyyə Nazirliyinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin klinikalarına da gedərək, bu müəssisələrin fəaliyyəti ilə tanış olub. 

Son xəbərlər

Orphus sistemi