QMİ və üç dövlət qurumu "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ilə bağlı rəy verib

QMİ və üç dövlət qurumu "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ilə bağlı rəy verib Hazırda layihə üzərində iş aparılır
Sağlamlıq
29 Mart , 2016 12:36
QMİ və üç dövlət qurumu Reproduktiv sağlamlıq haqqında qanun layihəsi ilə bağlı rəy verib

Bakı. 29 mart. REPORT.AZ/ "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ilə bağlı müraciət edilən üç dövlət qurumundan rəy təklifi alınıb". "Report"un məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin dövlət qurumları Ədliyyə Naziriyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Həmçinin, layihə ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsi də rəy verib: "Lakin onların qanun layihəsi ilə bağlı iradları çox cüzidir. Daha iki dövlət orqanından da rəy alındıqdan sonra layihə komitənin növbəti iclaslarında müzakirəyə çıxarılacaq".

Komitə sədri qeyd edib ki, layihə cəmiyyət üçün çox maraqlıdır: "Çünki qəbula gələn insanların da böyük qismi bununla bağlı müraciət edirlər. Ona görə də qanun layihəsinin hazırlanıb qəbul olunması çox vacibdir. Hazırda layihə üzərində iş aparılır".

Son xəbərlər

Orphus sistemi