Şöbə müdiri: "​Qeyri-rəsmi işlərlə məşğul olan əhalinin sığortalanması icbari tibbi sığortanın tətbiqinə çətinlik yaradır"

Şöbə müdiri: "​Qeyri-rəsmi işlərlə məşğul olan əhalinin sığortalanması icbari tibbi sığortanın tətbiqinə çətinlik yaradır" İsa Əliyev: "Əsas məsələ icbari tibbi sığortanın tətbiqindən əhalinin razı qalmasıdır"
Sağlamlıq
19 May , 2016 13:17
Şöbə müdiri: ​Qeyri-rəsmi işlərlə məşğul olan əhalinin sığortalanması icbari tibbi sığortanın tətbiqinə çətinlik yaradır

Bakı. 19 may. REPORT.AZ/ "Tibbi xidmətlərin satınalması passiv və strateji formada ola bilər. Passiv satınalma tibbi sığorta sisteminə uyğun gəlmir. Passiv satınalma o deməkdir ki, tibb müəssisələri xidmət göstərir və ödəyiciyə invoys göndərirlər ki, pul ödə. Amma baxmırlar ki, orada xidmət göstərilib ya yox. Bu xidmət orada o səviyyədə göstərilməli idi, ya yox. Strateji satınalmaya isə keyfiyyət standartlarına uyğun ödənişlər edilir".

"Report"un məlumatına görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta (İTS) Agentliyinin Monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev jurnalistlər üçün keçirilən "İcbari tibbi sığortanın tətbiqi üzrə media nümayəndələrinin biliklərinin artırılması" mövzusunda təlimdə deyib.

Onun sözlərinə görə, bütün vəsaitlər agentlikdə toplanacaq. İ.Əliyev qeyd edib ki, burada alıcılıq qüvvəsi çox olacağına görə strateji satınalmanın əhəmiyyəti artır: "İcbari tibbi sığortanın tətbiqi ilə bağlı çətinliklərdən biri də qeyri-rəsmi işlərlə məşğul olan əhalinin sığortalanmasıdır. Bu problem tək Azərbaycanda deyil, bütün inkişaf edən ölkələrdə var. Belə şəxslər çox zaman sığorta sisteminə çox gec, istədikləri zaman, yaşlandıqda, səhhətləri ilə bağlı müəyyən risk yarandıqda qoşulurlar. Bir sıra ölkələr buna qarşı tədbirlər görür".

Şöbə müdiri Türkiyə və Almaniya təcrübəsini misal göstərib: "Həmin ölkələrdə belə şəxslərə deyirlər ki, istədiyiniz zaman sığorta sisteminə qoşula bilmərsiniz. Əgər onlar ötən 5 il ərzində tibbi sığortaya görə heç bir ödəniş etməyibsə və işsiz olmayıblarsa onlardan bu sistemə qoşulmaq üçün çox yüksək məbləğ tələb edirlər. Demirəm ki, bizdə də belə mexanizm olacaq, ancaq dünya təcrübəsində belədir".

O əlavə edib ki, icbari tibbi sığortanın əsas prinsipi sosial həmrəylikdir: "Bu o deməkdir ki, xəstə-sağlam, qoca-cavan, bir sözlə hər kəs bu sistemdə iştirak etsin. Məqsəd bütün riskləri bir yerdə cəmləməkdir. Əsas məsələ icbari tibbi sığortanın tətbiqindən əhalinin razı qalmasıdır".

Son xəbərlər

Orphus sistemi