Qeyri-iş günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edənlərin sayı açıqlanıb

Qeyri-iş günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edənlərin sayı açıqlanıb Mərkəzə ən çox xəstə dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olub
Sağlamlıq
5 Yanvar , 2016 10:23
Qeyri-iş günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edənlərin sayı açıqlanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Qeyri-iş günlərində (31 dekabr-4 yanvar) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciət edənlərin sayı açıqlanıb. KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "Report"a deyib ki, bu müddət ərzində mərkəzə ən çox xəstə dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olub.

Onun sözlərinə görə, bu diaqnozla şöbəyə 18 nəfər müraciət edib: "Onlardan 12-si qadın olub. Hazırda şöbədə 2 nəfərin müalicəsi davam edir, lakin günün sonuna kimi onların evə buraxılması nəzərdə tutulur".

Şöbə müdiri, həmçinin qeyd edib ki, 5 gün ərzində xəstəxanaya sərxoşluqla bağlı 16 nəfər daxil olub ki, müayinə olunduqdan sonra onlar da evə buraxılıb: "Eyni zamanda, dərmana qarşı allergik reaksiya ilə bağlı klinikaya 4 nəfər müraciət edib. Bu müddətdə heç bir ölüm faktı qeydə alınmayıb". 

Son xəbərlər

Orphus sistemi