Qarlı günlərdə "Təcili tibbi yardım"a müraciətlərin sayı artıb

Qarlı günlərdə "Təcili tibbi yardım"a müraciətlərin sayı artıb Yollarda yıxılma faktı ilə bağlı məlumat yoxdur
Sağlamlıq
23 Fevral , 2015 10:11
Qarlı günlərdə Təcili tibbi yardıma müraciətlərin sayı artıb

Bakı. 23 fevral. REPORT.AZ/ "Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) şənbə günü 1700-1800 arası, bazar günü isə 1900-dan çox çağırış olub. Bu da o deməkdir ki, bazar günü "Təcili tibbi yardım"a müraciət edənlərin sayında artım olub". Bu barədə "Report"a Stansiyanın baş həkim müavini Oqtay Şahmalıyev deyib.

Onun sözlərinə görə, çağırışlar əsasən ürək-damar sistemi ilə əlaqədar olub. Qarlı yollarda yıxılma faktı barədə hələlik məlumatın olmadığı qeyd edən O.Şahmalıyev deyib ki, bununla bağlı çağırışlar adətən orta səviyyədən 1-2 nəfər çox olur.

Son xəbərlər

Orphus sistemi