Sadə bir qan testi lazımsız antibiotik istifadəsinin qarşısını alacaq

Sadə bir qan testi lazımsız antibiotik istifadəsinin qarşısını alacaq Bu üsulla 2 saat ərzində infeksiyanın bakteriyadan və ya virusdan qaynaqlandığını görmək mümkündür
Sağlamlıq
25 Mart , 2015 16:07
Sadə bir qan testi lazımsız antibiotik istifadəsinin qarşısını alacaq

Bakı. 25 mart. REPORT.AZ/ Tez nəticə verən sadə bir qan testi lazımsız antibiotik istifadəsinin qarşısını ala bilər. "Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsraildə elm adamlarının icad etdiyi yeni test üsulu 2 saat ərzində infeksiyanın bakteriyadan və ya virusdan qaynaqlandığını göstərmək imkanına malikdir.

Elm adamları 1000-dən çox xəstənin qan nümunələrini təhlil edərək testin bir çox infeksiyanın mənbəyini müəyyən etdiyinin şahidi olublar. Test hələlik laboratoriya şəraitində sınaqdan keçirilsə də, gələcəkdə test tək virusları deyil, eləcə də bakteriyaları müalicə edən antibiotiklərin lazımsız istifadəsinin qarşısını ala və antibiotiklərə müqaviməti azaltmağı təmin edəcək.

Qeyd edək ki, araşdırmanın nəticələri "PLOS One" jurnalında dərc olunub.

Son xəbərlər

Orphus sistemi