​Psixi pozuntusu olan şəxs psixiatriya stasionarından yalnız məhkəmənin qərarı əsasında çıxarılacaq

​Psixi pozuntusu olan şəxs psixiatriya stasionarından yalnız məhkəmənin qərarı əsasında çıxarılacaq Milli Məclisin plenar iclasında "Psixiatriya yardımı haqqında" qanununa dəyişiklik layihəsi müzakirə olunub
Sağlamlıq
15 Aprel , 2016 13:01
​Psixi pozuntusu olan şəxs psixiatriya stasionarından yalnız məhkəmənin qərarı əsasında çıxarılacaq

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin bugünkü plenar iclasında "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunub.

"Report"un xəbərinə görə, layihəyə əsasən, psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılmalıdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi