Ötən il Azərbaycanda vərəm xəstəliyindən ölənlərin sayı açıqlanıb

Ötən il Azərbaycanda vərəm xəstəliyindən ölənlərin sayı açıqlanıb Əvvəlki illərlə müqayisədə bu xəstəlikdən dünyasını dəyişənlərin sayı azalıb
Sağlamlıq
3 İyul , 2015 10:49
Ötən il Azərbaycanda vərəm xəstəliyindən ölənlərin sayı açıqlanıb

Bakı. 3 iyul. REPORT.AZ/ Ötən il Azərbaycanda vərəm xəstəliyindən ölənlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ildə bu xəstəlikdən 372 nəfər dünyasını dəyişib.

Komitədən verilən məlumata görə, bu göstərici əhalinin hər 100 000 nəfərindən 4-nün vərəmə yoluxması deməkdir.

Əvvəlki illərin statistikasına nəzər saldıqda isə bu xəstəlikdən ölənlərin sayında azalma müşahidə olunduğu nəzərə çarpır. Belə ki, 2013-cü ildə 378, 2012-ci ildə 373, 2011-ci ildə 577, 2010-cu ildə isə 709 nəfər vərəmdən dünyasını dəyişib.  

Son xəbərlər

Orphus sistemi