​Nazir: "Ötən il Azərbaycan vətəndaşları da daxil olmaqla, 159 min əcnəbi Belarusda müalicə alıb"

​Nazir: "Ötən il Azərbaycan vətəndaşları da daxil olmaqla, 159 min əcnəbi Belarusda müalicə alıb" Belarusun səhiyyə naziri 2015-ci ilin statistikasını açıqlayıb
Sağlamlıq
19 May , 2016 22:13
​Nazir: Ötən il Azərbaycan vətəndaşları da daxil olmaqla, 159 min əcnəbi Belarusda müalicə alıb

Bakı. 19 may. REPORT.AZ/ 2015-ci ildə Belarusda 121 ölkədən 159 min əcnəbi müalicə alıb. Onların arasında Azərbaycan vətəndaşları da var.

"Report" "Belta"ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Vasili Jarko cümə axşamı "on-line" konfrans zamanı məlumat verib.

"Ümumilikdə dünyanın 121 ölkəsindən olan vətəndaşlara tibbi yardım göstərilib. Bu ölkələr arasında Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, İsrail, Liviya, Çin, Ermənistan və ABŞ vətəndaşları da var. 2015-ci il ərzində təqribən 159 min əcnəbi müalicə alıb", - deyə nazir bildirib.

V.Jarko Belarusun əcnəbilər üçün tibbi turizm baxımından cəlbediciliyini ölkədə yüksək ixtisaslı həkimlərin olması, klinikaların avadanlıqlarla yaxşı təchizatı və qiymətlərin münasib olması ilə əsaslandırıb.

Son xəbərlər

Orphus sistemi