Ötən ay Azərbaycanda 11 obyektin istismarı dayandırılıb

Ötən ay Azərbaycanda 11 obyektin istismarı dayandırılıb Bir nəfərin işdən kənarlaşdırılması barədə qərar qəbul edilib
Sağlamlıq
16 Oktyabr , 2015 11:55
Ötən ay Azərbaycanda 11 obyektin istismarı dayandırılıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Ötən ay Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 29 müəssisənin sahibi inzibati qaydada cərimə olunub. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

O bildirib ki, sentyabr ayında 11 obyektin istismarının müvəqqəti dayandırılması, eləcə də 1 nəfərin işdən kənarlaşdırılması barədə qərar qəbul edilib: "Ötən ay 254 yeyinti məhsulundan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə nümunə götürülüb və onlardan dördünün nəticəsi qeyri-kafi olub. Bakterioloji məhsullardan götürülən 219 nümunədən mənfi nəticə əldə edilməyib".

İ.Abdullayevin sözlərinə görə, soyuq qəlyanaltıdan 41 nümunə götürülüb və mənfi nəticəsi olmayıb: "Şadlıq evlərindən 881 yaxma nümunəsi götürülüb ki, bunlarda mikrobioloji çirklənmə aşkar olunmayıb".

Son xəbərlər

Orphus sistemi