Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək Qəbul Qusar mərkəzi rayon xəstəxanasında baş tutacaq
Sağlamlıq
23 Aprel , 2015 13:20
Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanın səhiyyə Naziri Oqtay Şirəliyev aprelin 24-də Qusar mərkəzi rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirlikdən "Report"a verilən məlumata görə, nazir Qusar, Quba, Xaçmaz, Şabran rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi