Onkoginekoloqların I Bakı forumu keçiriləcək

Onkoginekoloqların I Bakı forumu keçiriləcək Forum Milli Onkologiya Mərkəzinin böyük konfrans zalında baş tutacaq
Sağlamlıq
18 Mart , 2016 10:46
Onkoginekoloqların I Bakı forumu keçiriləcək

Bakı. 18 mart. REPORT.AZ/ Aprelin 4-5-i beynəlxalq mütəxəssislərin iştirakı ilə Onkoginekoloqların I Bakı forumu keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Uşaqlıq boynu patologiyaların müalicəsində yeni texnologiyalar" mövzusunda təşkil olunacaq Forum Milli Onkologiya Mərkəzinin böyük konfrans zalında saat 14:30-da başlayacaq.

Forumda Onkoginekologiyada müasir texnologiyalar 3D laparoskopiya, interstisial braxiterapiya, Neoplaziyanın elmi aspektləri, Uşaqlıq boynun fiziologiyası və patologiyası, CİN-in müasir müalicə taktikası, Transformasiya zonasının rolu, Kolposkopiyada çətin vəziyyətlər: hamiləlik, atrofiya, iltihab, Hormonlar və epitelial displaziya dair mövzular üzrə tanınmış alim və professorların məruzələri dinləniləcək, Kolposkopiya və Fiziocərrahiyyə müalicə üsulları üzrə Master-klasslar keçiriləcək.

Son xəbərlər

Orphus sistemi