Ombudsman "Reproduktiv sağlamlığın qorunması haqqında" qanunun qəbul edilməsini istəyir

Ombudsman "Reproduktiv sağlamlığın qorunması haqqında" qanunun qəbul edilməsini istəyir Komitə sədri: "Layihənin bu il üçün müzakirəsi nəzərdə tutulmur"
Sağlamlıq
27 Fevral , 2015 16:14
Ombudsman Reproduktiv sağlamlığın qorunması haqqında qanunun qəbul edilməsini istəyir

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) "Reproduktiv sağlamlığın qorunması haqqında" qanunun qəbul edilməsinin sürətləndirilməsini istəyir.

"Report"un məlumatına görə, bu barədə ombudsmanın "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2014-cü il üzrə illik məruzəsində qeyd olunub.

Sənəddə reproduktiv sağlamlığa dair 2008-2015-ci illər üzrə milli strategiyanın müddətinin bitməsi ilə əlaqədar yeni strategiyanın hazırlanması və qəbul edilməsi də təklif olunub.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə "Report"un sualını cavablandırarkən deyib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin qəbul olunmasında bəzi çətinliklər çıxdığından layihənin müzakirəsi təxirə salınıb: "Layihənin bu il üçün müzakirəsi nəzərdə tutulmur".

Son xəbərlər

Orphus sistemi