İsveçdə 114-cü “Nobel həftəsi” başlayır

İsveçdə 114-cü “Nobel həftəsi” başlayır Oktyabrın 6-da - fizika, 7-də - kimya, 9-da - Nobel Sülh mükafatı sahiblərini tapacaq.
Sağlamlıq
5 Oktyabr , 2015 06:36
İsveçdə 114-cü “Nobel həftəsi” başlayır

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Stokholmda beynəlxalq “Nobel” mükafatının bu ilki laureatlarının adları elan ediləcək. “Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, ənənəvi olaraq ilk laureatlar fiziologiya və ya tibb sahəsi üzrə seçiləcək.

Oktyabrın 6-da - fizika, 7-də - kimya, 9-da - Nobel Sülh mükafatı sahiblərini tapacaq. Habelə Alfred Nobelin xatirəsinə iqdisad elmləri üzrə İsveç Bankının mükafatı (Sveriges Riksbank Prize) təqdim ediləcək.

Ədəbiyyat üzrə “Nobel” mükafatının təqdim edilməsi tarixi barədə İsveç Akademiyası tərəfindən əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Nobel” mükafatı 1895-ci ildə Stokholmda Alfred Nobelin vəsiyyətnaməsi ilə qurulan fond tərəfindən təsis edilib.

Fondun maliyyə təminatı "Nobel Qardaşları" şirkətinin səhmindən əldə edilən gəlirlərin də payına düşür. Mükafat 1901-ci ildən Alfred Nobelin sərvətinin illik gəlirinin bərabər hissələrə bölünməsi ilə mütəmadi olaraq verilir.

Laureatlar hər il oktyabr ayında www.nobelprizes.org saytında elan olunur, daha sonra Alfred Nobelin anma günündə, yəni dekabrın 10-da mükafatlar təntənəli mərasimlə təqdim edilir. Verilən mükafatlar bunlardır: kimya, fizika, tibb və fiziologiya, ədəbiyyat və sülh üzrə Nobel mükafatları.

İlk vaxtlar mükafat yalnız sadalanan sahələr üzrə verilsə də, 1968-ci ildən başlayaraq iqtisadiyyat üzrə Svoriges Riksbank bankı tərəfindən Nobel mükafatının qurucusu Alfred Nobelin şərəfinə Svoriges Riksbank mükafatı verilməyə başlanıb, bununla da Nobel iqtisadiyyat mükafatı təsis edilib.

Son xəbərlər

Orphus sistemi