Nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları üzrə vahid elektron proqramı hazırlanacaq

Nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları üzrə vahid elektron proqramı hazırlanacaq Proqramın icrası Ədliyyə və Səhiyyə nazirliklərinə tapşırılıb
Sağlamlıq
10 Fevral , 2015 16:13
Nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları üzrə vahid elektron proqramı hazırlanacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları üzrə vahid elektron proqramı hazırlanacaq. 

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanan "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bu il hazırlanması nəzərdə tutulan vahid elektron proqramının icrası Ədliyyə və Səhiyyə nazirliklərinə tapşırılıb.

Qeyd edək ki, Azərbaycanda talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılması, talassemiyanın profilaktikasının gücləndirilməsi və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin daha da yüksəldilməsi, talassemiya daşıyıcılarının aşkar edilməsi üçün laboratoriya müayinələrinin genişləndirilməsi, talassemiya daşıyıcılarına və talassemiyalı xəstələrə həkim məsləhətinin təşkili, müasir informasiya texnologiyalarından istifadə etməklə talassemiya üzərində nəzarət sisteminin təşkili, dölün prenatal diaqnostikasının təşkili, əhalinin talassemiyaya dair maarifləndirilməsi və sosial səfərbərliyi qəbul olunan Dövlət Proqramının əsas məqsədidir.

Son xəbərlər

Orphus sistemi