Nazirlik son zamanlar səhiyyə sahəsində baş verən neqativ hallara münasibət bildirib

Nazirlik son zamanlar səhiyyə sahəsində baş verən neqativ hallara münasibət bildirib "Son nəticədə həkim də bir insandır"
Sağlamlıq
8 Sentyabr , 2016 13:19
Nazirlik son zamanlar səhiyyə sahəsində baş verən neqativ hallara münasibət bildirib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi son zamanlar səhiyyə sahəsində baş verən neqativ hallara münasibət bildirib. "Report"un məlumatına görə, nazir müavini Elsevər Ağayev deyib ki, səhiyyə sahəsində baş verən neqativ halların aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

Onun sözlərinə görə, belə halların heç biri diqqətdən kənar qalmır: "Sözsüz ki, həkimin az səhvi olmalıdır. Lakin son nəticədə həkim də bir insandır. Düşünürəm ki, xəstənin kəsilməli olan ayağının yerinə sağlamın kəsilməsi həkim səhvindən çox, onun səhlənkarlığından irəli gəlir. Hər kəs də gördü ki, həmin həkimlər işdən azad olundu. Hətta gücümüz çatmadığı təqdirdə vətəndaşlara müraciət edirik ki, məhkəmələrə müraciət etmək hüquqları var. Belə hallarda cinayət işi açılır və hüquq-mühafizə orqanları tərəfindən bu məsələlər araşdırılır. Sözsüz ki, bu, istər ana və uşaq ölümü, istərsə də məhdud sayda olan neqativ hallara da aiddir".

Nazir müavini eyni zamanda qeyd edib ki, təcili tibbi yardımların ödənişli olması bu gün Səhiyyə Nazirliyi qarşısında dayanan məsələ deyil: "Ancaq hərdən təcili yardıma aid olmayan çağırışlar edilir. Misal üçün, təzyiqini və ya temperaturunu ölçdürmək üçün təcili yardım çağırılır. Bu doğru deyil. Ancaq təcili yardımın ödənişli olması Səhiyyə Nazirliyi qarşısında dayanan məsələ deyil, çünki hazırda dövlət səhiyyə xidməti pulsuzdur".

Nazir müavini bildirib ki, tibbi sığortaya keçiddən sonra tibb müəssisələrinin, təcili yardımın da hardasa müəyyən hissəsinin gələcəkdə pullu olması mümkün ola bilər, ancaq bu indi günün mövsuzu deyil.

Son xəbərlər

Orphus sistemi