Nazirlik sərxoşluq hallarının təyini məqsədi ilə 11 715 nəfəri tibbi müayinədən keçirib

Nazirlik sərxoşluq hallarının təyini məqsədi ilə 11 715 nəfəri tibbi müayinədən keçirib 1 321 nəfər stasionar müalicəyə qəbul olunub
Sağlamlıq
12 Avqust , 2016 14:14
Nazirlik sərxoşluq hallarının təyini məqsədi ilə 11 715 nəfəri tibbi müayinədən keçirib

Bakı. 12 avqust. REPORT.AZ/ Ədliyyə Nazirliyi 6 ay ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1107 nəfər göndərib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə. bu ilin 6 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 11 715 nəfər keçib.

Onlardan 478 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 243 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.

Eyni zamanda, bu ilin 6 ayı ərzində 1321 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 573 nəfəri alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları, 748 nəfəri pioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları diaqnozları ilə stasionar müalicəyə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi