Nazirlik: Heç bir aptekdə yeni qiymətlərlə bağlı qayda pozuntusu qeydə alınmayıb

Nazirlik: Heç bir aptekdə yeni qiymətlərlə bağlı qayda pozuntusu qeydə alınmayıb Tarif Şurası ilkin mərhələdə 25 təsiredici maddə üzrə 1 057 dərman vasitəsinin qiymətlərini tənzimləyib
Sağlamlıq
29 Sentyabr , 2015 10:31
Nazirlik: Heç bir aptekdə yeni qiymətlərlə bağlı qayda pozuntusu qeydə alınmayıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ "Azərbaycanda dərman vasitələrinin Tarif Şurasının təsdiq etdiyi yeni qiymətlərlə satışına nəzarət etmək üçün apteklərdə monitorinqlər davam edir. Sentyabrın 15-dən bu günə kimi monitorinq keçirilən obyektlərdə hələlik heç bir qayda pozuntusuna rast gəlinməyib". Bunu "Report"a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.

Xatırladaq ki, qaydalara əməl olunması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə birlikdə ölkədə fəaliyyət göstərən apteklərdə nəzarət tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, Tarif Şurası ilkin mərhələdə 25 təsiredici maddə üzrə 1 057 dərman vasitəsinin qiymətlərini tənzimləyib.

Son xəbərlər

Orphus sistemi