Nazir müavini: "Meyitdən orqan köçürülməsi üçün qanunvericilikdə düzəliş olmalıdır"

Nazir müavini: "Meyitdən orqan köçürülməsi üçün qanunvericilikdə düzəliş olmalıdır" Elsevər Ağayev meyitdən orqan transplantasiyası məsələsinin sonrakı iş olduğunu bildirib
Sağlamlıq
8 Sentyabr , 2016 19:15
Nazir müavini: Meyitdən orqan köçürülməsi üçün qanunvericilikdə düzəliş olmalıdır

Bakı. 8 sentyabr. REPORT.AZ/ “Meyit orqanlarının transplantasiyası ilə bağlı ilk növbədə, qanunvericilikdə düzəliş olmalıdır. Çünki, bu, bir az etik məsələdir”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

O deyib ki, bu məsələlər mütəxəssislər tərəfindən müzakirə olunur: "Bunun üçün seminarlar keçirilməli, müzakirələr davam etdirilməlidir. Çünki millətin özünün milli xüsusiyyətləri, etik normalar var ki, bunlar nəzərə alınmalıdır. Ona görə də meyitdən orqan transplantasiyası məsələsi sonrakı işdir”.

Nazir müavini səhiyyə müəssisələrinin transplantasiya üçün hazır olduğunu söyləyib: “Xəstəxanalarda orqan köçürmələri, ürək əməliyyatları keçirilir. Regionlarda da bu əməliyyatların reallaşdırılması mümkündür. Bu sahə daha da inkişaf etdiriləcək."

Son xəbərlər

Orphus sistemi