Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan 12 özəl tibb müəssisəsinə baxış keçirilib

Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan 12 özəl tibb müəssisəsinə baxış keçirilib Həmin müəssisələr barədə müvafiq aktlar tərtib olunub
Sağlamlıq
26 Oktyabr , 2015 17:57
Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan 12 özəl tibb müəssisəsinə baxış keçirilib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri narkotik vasitələrin və psixotrop maddələrin stasionarı olan özəl tibb müəssisələrində istifadə olunmasına müvafiq rəy verilməsi məqsədi ilə bu ilin yanvar-sentyabr ayları ərzində 12 özəl tibb müəssisəsinə, eləcə də 5 aptekə baxış keçirib və müvafiq aktlar tərtib olunub. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Mərkəzdə insanın immun çatışmazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. Bu ilin 9 ayı ərzində müayinədən 1 783 nəfər keçib.

Qeyd edək ki, narkotiklərdən sui-istifadə edən şəxslərin aşkara çıxarılması işində narkoloji dispanserlərin əməkdaşları ilə birlikdə daimi olaraq qarşılıqlı işlər aparılır. Narkotik maddələrdən sui-istifadə etməsi hallarına görə polis idarəsinə düşən şəxslərin həqiqətən də asılılığının olmasını təyin etmək məqsədilə rəsmi sənədlər əsasında onlar Ekspress test üsulu ilə yoxlanılır və onlarda əgər narkotik maddələr aşkar olunsa, bu haqda həkim narkoloqun iştirakı və imzası ilə akt və protokol tərtib olunur və müayinə olunan şəxs nəticə ilə tanış olmasını xüsusi tərtib olunmuş jurnalda imzalayır.

Son xəbərlər

Orphus sistemi