Mütəxəssislər xərçəng xəstələrini xəbərdarlıq edib

Mütəxəssislər xərçəng xəstələrini xəbərdarlıq edib Bu xəstəlikdən əziyyət çəkənlərə balıq yağı istifadə etməmələri təklif olunub
Sağlamlıq
4 Aprel , 2015 21:07
Mütəxəssislər xərçəng xəstələrini xəbərdarlıq edib

Bakı. 4 aprel. REPORT.AZ/ Mütəxəssislər xərçəng xəstələrinin balıq yağı istifadə etməmələrini təklif edib. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Niderland Xərçəng İnstitutunun 118 xərçəng xəstəsi üzərində apardığı araşdırma nəticəsində belə nəticəyə gəlinib ki, balıq yağı və ya omega-3 qəbul edən xəstələrin bədəni kimyaterapiyaya əks təsir edən maddə ifraz etməyə başlayır.

"Jama Oncology Jurnalı"nda nümayiş olunan araşdırma bu məhsulları istifadə edən xəstələrin qan analizlərində yağ turşularında artım olduğunu aşkara çıxarıb. Aparılan təcrübə göstərib ki, balıq yağının içində olan kimyəvi maddələr demək olar bütün kimyaterapiya növlərində əks təsir yaradır və xərçəng hüceyrələrinin müalicəyə cavab verməməsinə səbəb olur. 

Son xəbərlər

Orphus sistemi