MDB ölkələri üçün səhiyyə sahəsində vahid qanunvericilik bazası hazırlanır

MDB ölkələri üçün səhiyyə sahəsində vahid qanunvericilik bazası hazırlanır D.Savelyev: "Rusiya və Azərbaycan uzun illərdir səhiyyə sahəsində qanunvericilik bazasının formalaşdırılmasına hazırlıq görür"
Sağlamlıq
26 Yanvar , 2016 17:40
MDB ölkələri üçün səhiyyə sahəsində vahid qanunvericilik bazası hazırlanır

Bakı. 26 yanvar. REPORT.AZ/ "Rusiya və Azərbaycan uzun illərdir səhiyyə sahəsində hazırda bütünlükdə MDB üçün hazırlanan qanunvericilik bazasının formalaşdırılmasına hazırlıq görür".

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu sözləri Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.

Xatırladaq ki, hazırda MDB Parlamentlərarası Assambleyasında səhiyyə sahəsində bütün MDB ölkələri üçün xüsusi model qanunlar hazırlanır.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev hesab edir ki, ölkələr arasında səhiyyə sahəsində əməkdaşlıq MDB ərazisində vahid tibbi yardım standartlarının inkişafına təkan verir.

"Birliyin Parlamentlərarası Assambleyasının təşəbbüsünün işləməsi üçün təkcə sənədlər kifayət deyil. Vahid təhsilli yanaşma, kadrların təlimi və infrastruktur lazımdır", - deyə rusiyalı deputat bildirib.

Öz növbəsində, Rusiyanın əməkdar həkimi Federasiya Şurasının Sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlova bildirib ki, MDB ölkələri üçün vahid qanunların işlənib hazırlanması insanlara Birlik ölkələrinə səfərləri zamanı adekvat yardım almağa kömək edəcək.

Son xəbərlər

Orphus sistemi