Komitə sədri: “Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq”

Komitə sədri: “Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq” Əhliman Əmiraslanov: “Bununla bağlı hazırlıq işləri görülür”
Sağlamlıq
26 Oktyabr , 2016 12:35
Komitə sədri: “Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq”

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Bütün dünyada insan orqan və toxumalarının transplantasiyası çox geniş yayılıb. Azərbaycanda da bu sahədə böyük işlər görülür".

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib. 

O xatırladıb ki, 15 il əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az halda həyata keçirilirdi: “Bu gün artıq Azərbaycanda qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası həyata keçirilir”.
Komitə sədri vurğulayıb ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində də işlər aparılır və yaxın gələcəkdə ölkədə də ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi