Bakı. 19 sentyabr. REPORT.AZ/ Keçən il ərzində Azərbaycanda ilk dəfə şəkərli diabet diaqnozu ilə qeydə alınan xəstələrin sayı 25 152 nəfər təşkil edib.
Statistik göstəricilərə əsasən, ölkə üzrə qeydiyyata alınan xəstələrdən 11 735 nəfəri kişilər, 13 417-si isə qadınlardır. Bakı şəhəri üzrə isə kişi xəstələrin sayı 3 498, qadınlarda isə 4 418 nəfərdir.
Qeyd edək ki, şəkərli diabet şəkərin qanda xroniki artımıdır. Hazırda dünyada 240 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən insanların 5 faizi məhz şəkərli diabet nəticəsində dünyasını dəyişir.