Bakı. 13 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında Azərbaycanda 62 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu barədə "Report"a
Onun sözlərinə görə, qida zəhərlənmələrindən ümumilikdə 75 nəfər zərər çəkib.
Şöbə müdiri əlavə edib ki, keçən ay ölkədə botulizm hadisəsi qeydə alınmayıb və ay ərzində baş verən bütün qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.
Qeyd edək ki, iyun ayında 37 qida zəhərlənməsi hadisəsi baş vermişdi. Qida zəhərlənməsindən isə 43 nəfər zərər çəkmişdi.