Bakı. 14 oktyabr. REPORT.AZ/ Ötən ay Azərbaycanda 39 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu barədə "Report"a
Onun sözlərinə görə, sentyabr ayında qida zəhərlənmələrindən ümumilikdə 66 nəfər zərər çəkib.
Şöbə müdiri qeyd edib ki, ötən ay ölkədə 2 botulizm hadisəsi qeydə alınıb: "Bu hadisədən 2 nəfər zərər çəkib. Onlardan biri evdə hazırlanan tutmadan zəhərlənərək dünyasını dəyişib. Hadisə Bakıda baş verib".
Qeyd edək ki, avqust ayında 91 qida zəhərlənməsi hadisəsi baş vermişdi və 187 nəfər zərər çəkmişdi.