​İngiltərədə hər iki nəfərdən biri xərçəng xəstəsi olacaq

​İngiltərədə hər iki nəfərdən biri xərçəng xəstəsi olacaq Birləşmiş Krallıqda qadınların təxminən 48, kişilərin isə 54 faizinin xərçəngə yoluxma riski var
Sağlamlıq
5 Fevral , 2015 20:07
​İngiltərədə hər iki nəfərdən biri xərçəng xəstəsi olacaq

Bakı. 5 fevral. REPORT.AZ/ İngiltərədə aparılan araşdırma nəticəsində ölkədəki hər iki nəfərdən birinə xərçəng xəstəliyi diaqnozu qoyulacağı məlum olub. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Cancer Research UK" dərnəyinin apardığı araşdırmaya görə, uzunömürlülüyün artması xərçəng xəstəliyinə yoluxmaq riskini artırır. O da məlum olub ki, insanların həyat tərzlərini yaxşılaşdırması, çəkilərinin aşağı düşməsi və siqareti atmaları xərçəngə yoluxmanın qarşısını almağa təsir edir.

Xatırladaq ki, Birləşmiş Krallıqda qadınların təxminən 48, kişilərin isə 54 faizinin xərçəng xəstəliyinə yoluxma riski var. Xərçəng xəstəliyi riskini artıran amillər arasında köklük, qırmızı ət və siqaretdən istifadə ilk sıralarda yer alır. Qadınlar arasında döş xərçəngi, kişilərdə isə mədə xərçəngi ən geniş yayılmış xərçəng xəstəliyi növlərindəndir. 

Son xəbərlər

Orphus sistemi