​İmişlidə dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərə başlanılıb

​İmişlidə dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərə başlanılıb Vaksinləmə işləri 92 min başdan artıq iribuynuzlu heyvanı əhatə edəcək
Sağlamlıq
19 Dekabr , 2015 08:58
​İmişlidə dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərə başlanılıb

Bakı. 19 dekabr. REPORT.AZ/ İmişlidə heyvanlar arasında yarana biləcək dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərin görülməsinə start verilib.

Rayon Baytarlıq İdarəsinin rəisi Orucəli Qasımovun "Report"a verdiyi məlumata görə, hazırda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən dabağa qarşı vaksinləmək üçün kifayət qədər vaksin gətirilib.

Qonşu ölkələrdə dabaq xəstəliyi yayıldığı üçün vaksinləmək işləri ilk növbədə rayonun sərhəd yaşayış məntəqələri üzrə ardıcıl şəkildə aparılır. Elə bu məqsədlə 17 sahəyə baytarlıq məntəqəsinin 40-dan çox həkimi cəlb olunub. Dabaq adətən heyvanların çəkisinin, südünün azalmasına, ağız boşluğunda və dırnaqlarda yaraların yaranmasına səbəb olur.

Son vaxtlar Avropa ölkələrindən rayona gətirilmiş iribuynuzlu cins heyvanlardan dabaq xəstəliyi ilə yanaşı bruselliyoza qarşı qan nümunələri də götürülür. Laboratoriya müayinələri zamanı heyvanlar arasında hələlik hər hansı bir yolxucu xəstəliklər qeydə alınmayıb.

Qeyd edək ki, rayonda aparılan vaksinləmə işləri 92 min başdan artıq iribuynuzlu heyvanı əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi