I Avropa Oyunlarının keçiriləcəyi bütün məkanlarda "Təcili yardım" briqadaları növbətçilik çəkəcək

I Avropa Oyunlarının keçiriləcəyi bütün məkanlarda "Təcili yardım" briqadaları növbətçilik çəkəcək Təlim və məşqlərə 400-ə yaxın təcili yardım işçisi cəlb olunacaq
Sağlamlıq
12 Fevral , 2015 09:59
I Avropa Oyunlarının keçiriləcəyi bütün məkanlarda Təcili yardım briqadaları növbətçilik çəkəcək

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycanda keçiriləcək I Avropa Oyunları zamanı yarışların baş tutacağı bütün məkanlarda - qonaqların qaldığı hotellərdə, olimpiya şəhərciyində və kütləvi tədbirlər keçirildiyi yerlərdə "Təcili yardım" briqadalarının növbətçilik çəkməsi nəzərdə tutulub. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qonaqlara və Azərbaycan vətəndaşlarına yüksək səviyyəli "Təcili yardım" xidmətlərinin təmin edilməsi məqsədilə bu yaxınlarda müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz olunan yeni "Mercedes" markalı Təcili Tibbi Yardım (TTY) avtomobillərinin istismara verilməsi nəzərdə tutulub.

Avropa Oyunlarının Təşkilat Komitəsinin tələblərinə əsasən TTY xidmətlərinə cəlb olunan bütün tibbi personal xüsusi təlimlərdən (“BLS” - Basik Life Support / Əsas Reanimasion Tədbirlər və “ACLS” - Advansed Cardiac Life Support / Təkmilləşmiş Ürək Reanimasiyası) keçməli, dünyanın qabaqcıl ölkələrində qəbul olunan və beynəlxalq standartlara uyğun bilik və vərdişlərə malik olmalıdır. Bu məqsədlə Səhiyyə Nazirliyinin köməkliyi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təlim mərkəzinin nəzdində dünyada təcili tibbi yardım standartları üzrə təlimlərin təşkili və protokolların hazırlanması ilə tanınan Amerika Ürək Assosiasiyasının (American Heart Assosiation - AHA) nümayəndəliyi vasitəsilə xüsusi təlimçilər hazırlanıb və təlim kursu yaradılıb. Təşkil olunan təlim və məşqlərə 400-ə yaxın təcili yardım işçilərinin cəlb olunması və onların AHA beynəlxalq sertifikata malik olması nəzərdə tutulub.

Tbbi biliklərin təkmilləşdirilməsi ilə yanaşı, "Təcili tibbi yardım" xidmətlərinə cəlb olunan həkimlər üçün ingilis dili kursları da təşkil edilib. 

Son xəbərlər

Orphus sistemi