Azərbaycanın bölgələrində çalışan həkimlərə güzəştlər edilməsi üçün yeni dövlət proqramı hazırlanıb

Azərbaycanın bölgələrində çalışan həkimlərə güzəştlər edilməsi üçün yeni dövlət proqramı hazırlanıb Elsevər Ağayev: “Ana və uşaq ölümlərində artım qeydə alınmayıb”
Sağlamlıq
18 Sentyabr , 2015 12:07
Azərbaycanın bölgələrində çalışan həkimlərə güzəştlər edilməsi üçün yeni dövlət proqramı hazırlanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Səhiyyə Nazirliyi bölgələrdə çalışan həkimlərə güzəştlərin tətbiq edilməsi üçün yeni dövlət proqramı layihəsi hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O xatırladıb ki, müvafiq 5 illik dövlət proqramının müddəti başa çatıb: "Növbəti proqramın qəbul olunması üçün nazirlik Nazirlər Kabinetinə müraciət edib. İldən-ilə bölgələrdə həkim çatışmazlığı azalsa da, sözsüz ki, həkim təminatında yenə də problemlər qalır".

Nazir müavini, həmçinin qeyd edib ki, ana və uşaq ölümlərində əvvəlki illərdə olduğu kimi, bu il də artım qeydə alınmayıb: "İndi hər bir ana ölümü Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən araşdırılır. Hər bir ana ölümü mətbuatda işıqlandırılır. Ancaq ümumi rəqəmlərlə götürdükdə ana ölümünün sayında artım müşahidə olunmayıb".

Son xəbərlər

Orphus sistemi