"Günəşli" yatağındakı qəzada xəsarət alan neftçilərdən daha biri evə buraxılıb

"Günəşli" yatağındakı qəzada xəsarət alan neftçilərdən daha biri evə buraxılıb Hazırda xəstəxanada olan üç nəfərin müalicəsi davam edir
Sağlamlıq
25 Dekabr , 2015 14:59
Günəşli yatağındakı qəzada xəsarət alan neftçilərdən daha biri evə buraxılıb

Bakı. 25 dekabr. REPORT.AZ/ "Günəşli" yatağında baş verən qəzada xəsarət alan və müalicəsini Mərkəzi Neftçilər Xəstəxanasında davam etdirən şəxslərdən daha biri bu gün evə buraxılıb. Bunu "Report"a açıqlamasında xəstəxananın mətbuat katibi Aytən Fətəliyeva bildirib.

O bildirib ki, neftçi İltifat Şahbazov bu gün ambulator müalicə üçün evə buraxılıb: "Hazırda xəstəxanada 3 nəfərin - Gündüz Əliyev, Telman Əsgərov və Ehtiram Məlikovun müalicəsi davam edir".

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. "Neft daşları"ında baş verən qəzada itkin düşən 3 neftçi də daxil olmaqla, 23 nəfərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi